Kiber hücumlardan necə qorunaq – Video

Kibercinayətkarlığın qarşısını almaq üçün yeni mühafizə metodları yaradılmalı, güclü texniki infrastruktur formalaşdırılmalıdır.

Son illər ərzində təkcə Azərbaycanda deyil, həm də bütün dünyada kibercinayətkarlıqla mübarizə məsələlərinin aktuallığı artır. İnternet istifadəçilərinin sayı ildən-ilə çoxalır. Bununla paralel olaraq kibernetik təhdidlərin də sayı artır. Son məlumatlara görə, hər il dünyada 500 milyondan artıq adam belə təhdidlərin qurbanı olur. Araşdırmalar göstərir ki, kibernetik cinayətlər dünya iqtisadiyyatına hər il 500 milyard dollar ziyan vurur. Qeyd edək ki, ABŞ iqtisadiyyatı kibernetik cinayətlər üzündən hər il 100 milyard dollar itirir. İKT üzrə ekspert Cahid İsmayıloğlu hesab edir ki, informasiya mühitində kibercinayətkarlıq dünyada kəskinləşir. Cahid bəyin sözlərinə görə, bu təhlükənin qarşısının alınması üçün dünya dövlətləri mübarizə mexanizmi formalaşdırırlar.

Ekspert deyir ki, kiberhücumlara daha çox Ermənistan, ona havadarlıq edən Rusiya, İran, Fransa, hətta, Çin tərəfindən məruz qalırıq. Onun sözlərinə görə, Azərbaycan vətəndaşları belə müxtəlif məqsədlər üçün informasiya resurslarına müdaxilə edir.

“Müdaxilə edilə bilməyən internet saytı yoxdur” deyən müsahibim vurğuladı ki, kibercinayətkarlığın qarşısını almaq üçün yeni mühafizə metodları yaradılmalı, güclü texniki infrastruktur formalaşdırılmalıdır.

Azərbaycan İnternet Forumunun prezidenti Osman Gündüz kanalımıza şifahi müsahibəsində bildirib ki, kibercinayətkarlıqla mübarizə üçün xarici təcrübəni mənimsəmiş böyük kadr potensialı həqiqətən də formalaşdırılmalıdır. Onun sözlərinə görə, bu məsələ ilə bağlı hazırda kifayət qədər ciddi problemlər var. Yəni həm müəyyən dairələrin Azərbaycana maraqları son dövrlər daha da güclənib, həm də cəmiyyət özü internetə daha çox inteqrasiya olub.

Bakı, Ayşə İsazadə, Vüsal Nəbiyev, İnteraz – 19 Oktyabr 2013, 17:22

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
7 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

7
0
Would love your thoughts, please comment.x
()
x