Azərbaycanın ilk peyki, “Azerspace-1” peykinin orbitə buraxılışı uğurla həyata keçirilmişdir

Azərbaycanın ilk peyki olan “Azerspace-1” telekommunikasiya peyki 7 fevral 2013-cü il tarixində Fransız Qvianasında (Cənubi Amerikada, Fransanın inzibati idarəçiliyində olan ada) yerləşən Kuru kosmodromundan, Qviana Kosmik Mərkəzindən yerli vaxtla saat 18.36-da orbitə buraxılmışdır.

Azərbaycanın ilk telekommunikasiya peykinin buraxılması iqtisadiyyatın şaxələndirilməsi, informasiya müstəqilliyinin və təhlükəsizliyinin təmin edilməsi, ölkəmizdə kosmik sənayesinin inkişaf etdirilməsi və beynəlxalq kosmik məkana inteqrasiya istiqamətində mühüm addım olmaqla yanaşı, eyni zamanda kommersiya xarakterli və gəlirli bir layihədir.  

0 0 vote
Article Rating
Subscribe
Notify of
guest
6 Comments
Inline Feedbacks
View all comments

“Kredo” qəzeti

6
0
Would love your thoughts, please comment.x
()
x